"O, sanki evinin həyətində oynayır"

 İspaniya millisinin baş məşqçisi Luis Enrike "Barselona"nın yarımmüdafiəçisi Qavinin yığmada debüt etməsini şərh edib.

17 yaşlı oyunçu Millətlər Liqasının yarımfinalında dünən keçirilən İtaliya ilə matçda (2:1) 83 dəqiqə meydanda olub.Bununla da, o, İspaniya millisində oynayan ən gənc futbolçu olub.

Enrike Qavi ilə bağlı deyib: "O, sanki evinin həyətində oynayır. Bu, qeyri-adi haldır. Belə bacarıqlı  futbolçu görmək çox xoşdur. O, milli komandanın həm bu günü, həm də gələcəyidir".




Post a Comment

0 Comments