Niderland millisinin hücumçusu yeni rekorda imza atıb

 Niderland millisinin futbolçusu Memfis Depay yeni rekorda imza atıb.

"OptaJose" nəşri xəbər verir ki, 27 yaşlı hücumçu buna Cəbəllütariqə 6:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.

İspaniyanın "Barselona" klubundan yığmaya cəlb edilən forvard görüşdə dubla imza ataraq təqvim ilində millidə 13-14-cü qollarını vurub. Beləliklə, Depay Patrik Klyuvertin 12 qolluk rekordunu qırıb.

Qeyd edək ki, Niderland millisi 19 xalla G qrupuna başçılıq edir.





Post a Comment

0 Comments