“KPMG Football Benchmark” dəyərləndirmə şirkəti ən yüksək transfer dəyərinə malik olan futbolçuların yeni siyahısını hazırlayıb.


Son siyahı 10 oyunçudan ibarətdi. Dortmund “Borussiya”sında çıxış edən Erlinq Holann hazırda müxtəlif göstəricilərə əsasən ən bahalı futbolçu hesab olunur. Norveçli hücumçunun qiyməti 144,2 milyon avro hesablanıb. PSJ-də oynayan Kilian Mbappe 2-ci, “Tottenhem”in forvardı Harri Keyn isə 3-cü ən dəyərli futbolçudu. Maraqlıdı ki, 10 nəfərdən ibarət cədvələ Kriştiano Ronaldo (Mançester Yunayted) ilə Lionel Messi (PSJ) düşə bilməyiblər. “KPMG Football Benchmark”ın tərtib etdiyi siyahını nəzərinizə çatdırırıq (futbolçuların transfer qiyməti milyon avro ilə göstərilib).

1. Erlinq Holann (Borussiya D) 144,2
2. Kilian Mbappe (PSJ) 139,5
3. Harri Keyn (Tottenhem) 121,1
4. Bruno Fernandeş (Mançester Yunayted) 118,9
5. Romelu Lukaku (Çelsi) 115,6
6. Neymar (PSJ) 115,5
7. Frenki de Yonq (Barselona) 114,3
8. Kevin De Bruyne (Mançester Siti) 112,5
9. Markus Reşford (Mançester Yunayted) 110,9
10. Ceydon Sanço (Mançester Yunayted) 110,5