Fransa Liqa1-nin XII turunda “Lill” ilə qarşılaşacaq PSJ matçın iştirak ərizəsini açıqlayıb.

Paris təmsilçisi “22-liy”ə argentinalı hücumçu Lionel Messini də salıb.

Baş məşqçi Mauritsio Poçettino bir gün əvvəl həmyerlisinin əzələ problemi yaşadığını və məşqi buraxdığını açıqlasa da, son çempionla görüşdə onun xidmətindən yararlanmaq qərarına gəlib. Əvəzində səhhətində problem olan digər hücumçu Kilian Mbappe heyətdə yer almayıb.

Qeyd edək ki, bu gün keçiriləcək PSJ – “Lill” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşma canlifutbolaz.com saytı vasitəsilə canlı yayımlanacaq.