Messi onu dünyanın ən yaxşı qapıçılarından biri sayır

 Argentina millisinin kapitanı Lionel Messi komanda yoldaşı Emiliano Martinesin ünvanına tərif yağdırıb.

34 yaşlı superulduz DÇ-2022-nin seçmə mərhələsində Uruqvayla (3:0) keçirilən qarşılaşmadan sonra “Aston Villa”nın qolkiperini fərqləndirib.

Onun fikrincə, Martines dünyanın ən yaxşılarındandır: “Martines tam fərqli futbolçudur. Özünü göstərmək lazım olan anda bunu etməyi bacarır. O, dünyanın ən yaxşı qapıçılarından biridir”.

Qeyd edək ki, Argentina millisi seçmə mərhələdə 22 xalla ikinci pillədə qərarlaşır. Lider Braziliyanın aktivində 28 xal var.




Post a Comment

0 Comments