Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe yığmada mükafat olaraq əldə etdiyi bütün gəliri xeyriyyəçiliyə bağışlayıb.
Bu barədə "Get French Football News" məlumat yayıb. 22 yaşlı hücumçunun 4 il ərzində qazandığı mükafat pullarını xeyriyyəyə ayırdığı bildirilib. Bu müddətdəki ümumi mükafat gəliri isə 1,5 milyon avro təşkil edir.
Qeyd edək ki, Mbappe Fransa millisinin heyətində 49 matçda 17 qol vurub.
0 Comments