Mbappe Benzemanın rekordunu qırdı

 Millətlər Liqasının yarımfinalında Belçika ilə matç Fransa millisinin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub. 

O, yığmanın heyətində 50-ci görüşünə çıxıb. 22 yaş 291 günlüyündə olan Mbappe 50 matç həddinə çatan ilk oyunçu olub. Bununla da o, Benzemanın (24 yaş 240 gün) rekordunu qırıb. 

Qeyd edək ki, Mbappe 2017-ci ildən Fransa millisində oynayır. 

Əlavə edək ki, Fransa Belçikaya 3:2 hesabı ilə qalib gəlməklə finalda İspaniyaya rəqib olub. 




Post a Comment

0 Comments