“Manchester United” Sulşerlə bağlı qərarını verdi

 “Mançester Yunayted”in baş məşqçi məsələsinə aydınlıq gəlib.

“Qırmızı şeytanlar” hazırkı çalışdırıcı Ole-Qunnar Sulşerə əvəzləyici axtarmır.

“Mankunianlar”ın rəhbərliyi norveçli mütəxəssisə güvənir. Onlar Sulşerin təsdiqlənən layihə üçün ən uyğun məşqçi olduğu qənaətindədirlər. Bu səbəbdən komandanın onun rəhbərliyi altında uğur qazanacağına inam böyükdür.

Qeyd edək ki, “Manchester United” Premyer Liqada 7 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşır.





Post a Comment

0 Comments