"Transfermarkt" saytının redaksiya heyəti Polşa yüksək liqasındakı futbolçuların bazar qiymətini müəyyənləşdirib.


Platformanın rəsmi "instaqram" səhifəsində yayılan açıqlamada qeyd edilib ki, bu zaman əsas diqqət "Legiya"nın azərbaycanlı hücumçusu Mahir Emreliyə yönəlib.

Varşava klubunda çıxışına görə, hücumçumuzun qiyməti 1 milyon 200 min avro artaraq 2 milyona çatıb.

Qeyd edək ki, qeyri-rəsmi xəbərə görə, "Legiya"ya azad agent kimi keçən Emreli hazırda ilinə 350 min avro maaş alır.