PSJ klubunun ulduz futbolçusu Lionel Messi Fransa Liqa 1-də qeyri-dəqiq zərbələrə görə birinci pillədə qərarlaşıb.

"Opta Jean" xəbər verir ki, 34 yaşlı hücumçu indiyədək rəqib qapılarına 15 zərbə vurub və bunlardan yalnız 4-ü çərçivəyə düşüb.

Hələlik Fransa çempionatında fərqlənə bilməyən forvard yalnız UEFA Çempionlar Liqasında 3 qola imza atıb.

Qeyd edək ki, Lionel Messi PSJ-nin "Lill"i 2:1 hesabı ilə məğlub etdiyi XII tur oyununda iştirak edib. Argentinalı oyunçu özünü yaxşı hiss etmədiyi üçün birinci hissədən sonra əvəzlənib.