Levandovski müqaviləni uzadır

 Almaniyanın “Bavariya” klubu futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalayacaq.

Polşalı hücumçu ilə anlaşmanın uzadılması barədə razılıq əldə olunub.

33 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Forvard “Mançester Siti”, PSJ və “Real”ın maraq dairəsində olsa da, Münhen təmsilçisi əsas bombardirini heyətində saxlayacaq.

Qeyd edək ki, Levandovski cari mövsümün 7 oyununda 7 qol vurub.




Post a Comment

0 Comments