“Legiya”nın ən yaxşıları: Mahir Emreli ikinci oldu

 “Legiya”da sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Polşa təmsilçisində gənc müdafiəçi Maik Navroçki bu ada layiq görülüb.

“Verder”dən icarəyə götürülən 20 yaşlı oyunçunun keçirdiyi 5 matçdakı performansı 5 balla qiymətləndirilib. Azərbaycan millisinin hücumçusu Mahir Emreli isə ikinci yeri tutub. Yığmamızın üzvü kosovolu Lirim Kastrati ilə birlikdə 4 bal toplayaraq, ikinciliyi bölüşüb. Emreli ötən ay ərzində 6 matçda 4 qol vurub.

İlk “üçlüy”ü isə mənfi 4 balla kapitan Artur Endjeyçik qapayıb.

Maraqlıdır ki, Emrelinin əsas heyətdən sıxışdırdığı digər hücumçu Tomaş Pekhart komandanın ən zəifi (-2) seçilib.





Post a Comment

0 Comments