“Real” qış fasiləsində daha bir aparıcı futbolçusu ilə yollarını ayıra bilər.

Söhbət yarımmüdafiəçi Toni Kroosdan gedir.

Almaniya millisinin üzvünü yenicə rəhbər dəyişikliyinə gedən “Newcastle” heyətinə qatmaqda maraqlıdır. “Sağsağanlar” yeni kollektivi məhz Almaniya millisinin üzvünün əhatəsində formalaşdırmaq niyyətindədir. İngiltərə klubu yanvarda bu transferin reallaşması üçün “Real”a 30 milyon avro təklif edəcək.

Qeyd edək ki, 31 yaşlı orta sahə oyunçusu cari mövsüm cəmi 5 oyunda iştirak edib.