İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo 5-ci dəfə ata olacaq.

"Hola" nəşri xəbər verir ki, portuqaliyalı futbolçunun sevgilisi Corcina Rodriges hamilədir.

Yeni doğulacaq əkizlərin cinsiyyəti hələlik bəlli deyil.

Qeyd edək ki, 36 yaşlı hücumçunun Kriştiano və Mateo adında iki oğlu, həmçinin Eva və Alana adlı iki qızı var.