“Liverpool”un baş məşqçisi Yurgen Klopp komandadakı durumdan razı deyil.

Almaniyalı mütəxəssis zədəli futbolçuların çoxluğundan şikayətlənib.

O, xüsusən də, yarımmüdafiə xəttində seçim imkanının az olduğunu söyləyib: “Cəmi dörd yarımmüdafiəçimiz qalıb. Halbuki mövsümün əvvəlində bu mövqedə səkkiz nəfər var idi. Bu, heç də xoş hal deyil. Belə problemləri necə həll edəcəyimi bilmirəm. “Transfer pəncərəsi”ndə daha 5 futbolçu alsaq, o zaman heç bir mövqedə problem yaşamarıq. İndi zədələrlə bağlı problemlərin yeganə həlli əlimizdə olan oyunçulardan istifadə etməkdir”.

Qeyd edək ki, “Liverpul” hazırda İngiltərə Premyer Liqasında liderlər mövqeyində qərarlaşıb.