Joze Mourinyo İtaliyada yeni rekorda imza atıb

 "Roma" komandasının baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında yeni rekorda imza atıb.

"OptaPaolo"ya xəbər verir ki, 58 yaşlı mütəxəssis buna VII turda evdə "Empoli"ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.

Portuqaliyalı baş məşqçi A Seriyasında ardıcıl 42-ci ev oyununda uduzmayıb. Bu, 1994/1995 mövsümündən sonra mütləq rekorddur.

Qeyd edək ki, Joze Mourinyo 2008 - 2010-cu illərdə İtaliyada "İnter" klubunda işləyib.




Post a Comment

0 Comments