“İnter” 3 futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

 “Neradzurra” bunlar müdafiəçi Milan Şkrinyar və yarımmüdafiəçilər Nikolo Barella ilə Marselo Brozoviçdir.

İtaliya çempionu Barella ilə müqavilə müddətini 2026-cı ilə qədər uzatmağı planlaşdırır. Eyni zamanda Şkrinyarla da tezliklə bu yöndə danışıq aparılacaq. Brozoviçin sözləşməsinin isə 2025-ci ilə qədər uzadılması nəzərdə tutulub.

Futbolçular yeni sazişə razılıq versələr, məvacibləri də artırılacaq.