Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu 3 milyon avro itirə bilər.

 “İnter”in yarımmüdafiəçisinin başı məhkəmə ilə bəladadır.

Məsələ burasındadır ki, 27 yaşlı orta sahə oyunçusunu keçmiş meneceri məhkəməyə verib. O, futbolçudan girov kimi bahalı qol saatı da istəyib. Hətta məhkəmənin başladığı da bildirilir. Lakin menecerin onu məhkəməyə verməsinin səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Hakan Çalhanoğlu “İnter”ə bu il əzəli rəqib “Milan”dan keçib.