Gündoğandan təqdirəlayiq addım

 "Manchester City"nin türk əsilli alman futbolçusu İlkay Gündoğan xeyriyyə aksiyasına qatılacaq. 

Bu barədə 30 yaşlı yarımmüdafiəçi özü "The İndependent"ə açıqlamasında bildirib. O, Almaniyada və Türkiyədə seldən və meşə yanğınlarından zərər görən ərazilərdə 5 min ədəd ağac əkilməsi üçün mailliyyə vəsaiti ayıracaq. 

Qeyd edək ki, İlkay 2011-ci ildən Almaniya millisində, 2016-cı ildən isə "şəhərlilər"də oynayır. 




Post a Comment

0 Comments