"Formula 1"in təqvimi DÇ-2022-yə görə dəyişir

 2022 mövsümündə "Formula 1" üzrə dünya çempionatında təqvimin detalları bəlli olub.

"Bu barədə "Sky Sports"a açıqlamasında yarışın rəhbəri Stefano Domenikali bildirib.

O, növbəti mövsümdə təqvimin, böyük ehtimalla, 23 yarışdan ibarət olacağını açıqlayıb: "Ümid edirəm ki, 2022-ci ildə koronavirus məhdudiyyətlərindən asılı olmayaraq, nornal mövsüm keçirə biləcəyik. Təqvimi tərtib edərkən logistika problemlərini də nəzərə alırıq. Ətraflı məlumat verə bilmərəm. Amma mövsümün Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar martın ortalarında başlayacağını və noyabrın ortalarında bitəcəyini deyə bilərəm".

Qeyd edək ki, 2021 mövsümündə Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşib.





Post a Comment

0 Comments