Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 "Fotomac" xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim İsveçrə "Bazel"ində çıxış edən Artur Kabralı komandasında görmək istəyir.

"Sarı-qırmızılar" artıq 23 yaşlı braziliyalı hücumçunun transferi üçün işlərə start verib.

Qeyd edək ki, "Bazel" UEFA Konfrans Liqasında "Qarabağ"la birlikdə H qrupunda mübarizə aparır. Artur Kabral cari mövsüm 20 qarşılaşmada meydanda olub, 22 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.