İspaniya La Liqasının XII turunda "Alaves"lə heç-heçə edən "Barcelona" son 16 ilin ən zəif startına imza atıb.

11 oyundan sonra 16 xalı olan Kataloniya təmsilçisi turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Komanda axırıncı dəfə 2002/2003 mövsümündə belə halla üzləşib. "Barcelona" həmin mövsümü 6-cı sırada başa vurmuşdu.

Qeyd edək ki, "Barcelona" - "Alaves" matçı 1:1 hesabı ilə yekunlaşıb.