"Monako"nun müdafiəçisi Kayo Enrike (Caio Henrique Oliveira Silva ) karyerasını "Barselona"da davam etdirə bilər. 

Keçidin bu qış "transfer pəncərəsi" dönəmində baş tutacağı bildirilir. 

24 yaşlı braziliyalının transfer qiyməti 30 milyon avro təşkil edir. 

Qeyd edək ki, Kayo 2020-ci ildən "Monako"nun şərəfini qoruyur və 31 matçda meydana çıxıb.