Ronaldodan mövsümün ən yaxşı 3-cü göstəricisi

 Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının IV turunda “Mançester Yunayted”in heyətində dönüşünü rəsmiləşdirib.

36 yaşlı forvard “Lids”lə qarşılaşmada dubla imza atıb.

Matçda epizodların birində portuqaliyalı superulduz saatda 32,5 km sürət yığıb ki, bu, mövsümün ən uğurlu 3-cü göstəricisidir. Cari mövsüm Premyer Liqada ən sürətli oyunçu “Sauthempton”un hücumçusu Adam Armstrondur (36,65 km). Onu saatda 35,5 km sürətlə “Vulverhempton”un cinah oyunçusu Adama Traore izləyir.

Qeyd edək ki, “Mançester Yunayted” “Nyukasl” üzərində 4:1 hesablı qələbə qazanıb.




Post a Comment

0 Comments