Ronaldo sabah meydana çıxacaq

 “Ronaldo bizimlə əla həftə keçirdi”.

Bunu İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer deyib.

Norveçli mütəxəssis yeni transfer Kriştiano Ronaldonun “Nyukasl”la sabahkı görüşdə meydana çıxmaq perspektivinə aydınlıq gətirib: “O, sabahkı oyunda dəqiq meydana çıxacaq. Hamı onun qayıdışına şaddır. Komandada əhval-ruhiyyə əla səviyyədədir. Biz matçı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, 2003-09-cu illərdə də “Mançester Yunayrted”də oynayan Ronaldo 12 ildən sonra Premyer Liqa klubuna qayıdıb. Oyun canlifutbolaz.com saytında canlı yayımlanacaq.



Post a Comment

0 Comments