Almaniya millisinin futbolçusu Antonio Rudiger PSJ-nin maraq dairəsinə düşüb.
Fransa təmsilçisi müdafiəçinin müqaviləsinin bitməsini gözləyir.
Paris klubu 28 yaşlı oyunçunu 2022-ci ilin yayında azad agent kimi heyətinə qatmağı planlaşdırır. Əgər Rudiger “Çelsi” ilə yeni müqavilə imzalamasa, PSJ qışda danışıqlara start verəcək.
Qeyd edək ki, Antonio cari mövsüm “Çelsi”də 4 oyun keçirib.
0 Comments