PSJ-nin prezidenti Nasser Əl-Xelayfi əksər klubların üzləşdiyi iqtisadi problemlər barədə danışıb.
Klub rəhbəri maliyyə "fair-play"ində boşluqlar olduğunu bildirib:
“Maliyyə sabitliyimiz olmalıdır. Vaxtında reaksiya verməsək, nəticələr acınacaqlı ola bilər. Maliyyə "fair-play"inə yenidən baxmaq lazımdır. Boşluqlar var. UEFA ilə daha güclü münasibətlər qurmalıyıq. Futbolun hamı üçün bərabər olması lazımdır".
Qeyd edək ki, daha əvvəl PSJ klubunun özünün "fair-play" qaydalarını pozması xəbəri yayılmışdı.
Fanat.az / AS
0 Comments