Prezident qəzəbləndi: "Bu, futbol deyil, biabırçılıqdır"

 Belarus prezidenti Aleksandr Lukaşenko futbol üzrə milli komandanı tənqid edib.

Ötən gün DÇ-2022-nin seçmə mərhələsində Çexiyaya 0:1 hesabı ilə məğlub olan yığma ölkə başçısının tənqidinə tuş gəlib. 

"Bu gün yığmamızın göstərdiyi biabırçılığa baxmaq sadəcə olaraq mümkün deyil. Bu, futbol deyil. Hələ keçən dəfə federasiya rəhbərindən soruşmuşdum ki, gənc futbolçuları meydana niyə buraxırsınız? Onların futbol oynamaq fikri yoxdur! Budur, bu da sizə nəticə. İndi gedin, sizə dərs olsun."

Qeyd edək ki, hazırda Belarus millisi FİFA reytinqinin 89-cu pilləsində qərarlaşıb.

Xatırladaq ki, bir müddət öncə Lukaşenko hokkey millisini də sərt tənqid etmişdi. 




Fanat .az

Post a Comment

0 Comments