Pogba Manchester United barədə fikrini dəyişdi

 Fransa millisinin futbolçusu Pol Poqba gələcək karyerası ilə bağlı fikrini dəyişib.

İngiltərə “Mançester Yunayted”inin yarımmüdafiəçisi klubla müqaviləni uzatmaq qərarına gəlib.

Bir müddət əvvələdək yeni anlaşmadan imtina edən Poqbanın fikrinin dəyişməsinə “Nyukasl”la oyun (4:1) səbəb olub. Kriştiano Ronaldonun dönüşündən sonrakı ilk qarşılaşmanın parlaq alınması Polun fikrinə təsir edib.

28 yaşlı fransalının hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. O, son matça qədər gələn yay azad agent statusu alıb “Real” və ya “Yuventus”a keçməyi düşünürdü.

Qeyd edək ki, Poqba cari mövsümün 4 oyununda 7 assistə imza atıb.





Post a Comment

0 Comments