Messi sevincini bölüşdü: "Unudulmaz gecə idi"

 Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi milli komandalar heyətində ən çox qol rekordunu şərh edib.

34 yaşlı hücumçu bu barədə şəxsi "İnstagram" səhifəsində paylaşım edib.

Messi öz hisslərini belə ifadə edib:

"Bu günü çox arzulayırdım.  Şükürlər olsun ki, gəlib çatdı. Sevginizə və dəstəyinizə görə təşəkkürümü ifadə edəcək söz tapa bilmirəm. Çox gözəl, unudulmaz gecə idi".

Xatırladaq ki, ötən gecə DÇ - 2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Argentina - Boliviya oyunun zamanı ev sahibləri qalib gəlib (3:0). Həmin oyunda Messi het-trik edərək Pelenin milli komandalar heyətində vurulan qollar rekordunu yeniləyib. Messinin aktivində 78, Peledə isə 77 qol var. 


Fanat az

Post a Comment

0 Comments