London klubu Braziliya ilə matçda iştirak edən futbolçuları cərimələyəcək

 İngiltərənin "Tottenhem" klubu argentinalı futbolçular Kristian Romero və Covani Lo Tseslonu cərimələyəcək.

 Buna hər iki oyunçunun London təmsilçisinin qadağasına baxmayaraq Argentina millisinin düşərgəsinə yollanması səbəb olub.

Romero və Lo Tseslo Braziliyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda meydana çıxıb. Qarşılaşma start fitindən bir neçə dəqiqə sonra dayandırlıb.

Qeyd edək ki, görüşün əvvəllərində Argentina yığması meydanı tərk edib. Bu, meydana polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra baş verib. Onlar koronavirus qaydalarını pozan 4 oyunçu - Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar. Böyük Britaniyadan gələnlərin karantində olmaları vacib sayılsa da, argentinalılar İngiltərə klublarında çıxış etmələrinə rəğmən, krallıqda son zamanlar olmadıqlarını bildiriblər.




Report.az / Telegraph

Post a Comment

0 Comments