De Gea Ronaldodan danışdı: "İnsan ona heyran olur"

 "Mançester Yunayted"in qapıçısı David De Xea (David De Gea) komandanın yeni transferi portuqaliyalı ulduz Kriştiano Ronaldo (Cristiano Ronaldo) barədə danışıb.

"Mirror" xəbər verir ki, 30 yaşlı əlcək ustası Ronaldonun özünə qulluq etməsinə heyran olduğunu dilə gətirib:

"Ronaldonun hər gün idman zalında necə çalışdığını, özünə qarşı necə davrandığını, vücuduna və sağlamlığına necə diqqətlə yanaşdığını görəndə insan ona heyran olur. O, möhtəşəmdir".

Xatırladaq ki, Mançester Yunaytedə qayıdışından sonra Ronaldo çıxış etdiyi hər oyunda fərqlənməyə müvəffəq olur. "Qırmızı şeytanlar" növbəti matçını sentyabrın 25-i "Aston Villa"ya qarşı keçirəcək. Oyun canlifutbolaz.com saytında canlı yayımlanacaq .




Post a Comment

0 Comments