Bayern München - Barcelona oyununda nə qədər azarkeş olacaq?

 Çempionlar Liqasının I turunda “Bavariya”nı qəbul edəcək “Barselona” oyunu izləməsinə icazə verilən tamaşaçı sayından narazı qalıb.

İspaniyada koronavirus pandemiyası müddətində açıq stadionlarda 60, qapalı meydanlarda 40 faiz tamaşaçı tutumunun tribunalara buraxılmasına qərar verilib.

Lakin bu maksimal rəqəmin aşağı endirilməsi hüququ yerli idarəetmə orqanlarında qalıb. “Barselona” ümumi qaydalara əsasən “Nou Kamp”dakı görüşü 60 min tamaşaçı qarşısında keçirə bilərdi.

Lakin Kataloniya rəhbərliyi bu stadionun 60 faiz tamaşaçı qəbul etməsinə razı olmayıb. Barselonalılara yalnız 35 faizlik icazə verilib. Bu da klub rəhbərliyini narahat edir. “Barselona” həm maliyyə, həm azarkeş baxımından geri düşəcəyindən ehtiyatlanır.


Apasport

Post a Comment

0 Comments