“Sevilya”nın hücumçusu Yussef en-Nesiri karyerasını İngiltərədə davam etdirə bilər.
“Arsenal” mərakeşli forvardın xidmətində maraqlıdır.
24 yaşlı oyunçu təkliflərə baxmayaraq, yay fasiləsində “Sevilya”dan ayrılmağa razılıq verməyib. “Arsenal” rəhbərliyi onu 32 yaşlı hücumçusu Pyerr-Emerik Obameyanqa layiqli əvəzləyici hesab edir. “Topçular” ən geci mövsümün sonunda en-Nesirini heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Yussef en-Nesiri cari mövsüm “Sevilya”nın heyətində 3 oyunda 2 qol vurub, 1 assist edib.
Apasport.az
0 Comments