Üç uğursuz quldur varlı ailədən olan doqquz aylıq bir körpəni qaçırırlar. Onlar körpənin əvəzində onun valideynlərindən yüksək məbləğdə pul tələb edirlər. Amma uşaq oğruları həmişə uğursuzluqlarla üz-üzə gəlirlər. Körpə onların əlindən iməkləyə-iməkləyə "qaçır". Oğrular uşağın yoxluğundan xəbər tutan kimi onun ardınca düşür, onu yenidən tutmağa çalışırlar. Bu yerdə balaca körpə Binkin qeyri-adi, maraqlı və şən macəraları başlayır. O, dayəsinin ona oxuduğu şəkilli kitabın qəhrəmanı körpə Bunun səyahət etdiyi yerlərə gedir.