Son illərin ən qolçu futbolçusu olan Robert Levandovski ənənəsini bu mövsüm də davam etdirir.
“Bavariya”nın forvardı Bundesliqada aktivinə 35 qol yazdırıb.
Bununla polşalı nəinki “Top-5” liqalardakı hücumçuları, hətta hücum tandemlərini də qabaqlayır. Levandovskiyə ən yaxın cütlük “İnter”in hücumçuları Romelu Lukaku ilə Lautaro Martinesdir. “Neradzurra”nı A seriyasında çempionluğa daşıyan forvardlar birlikdə Levandovskidən 2 qol az vurub.
“Bavariya”nın qol silahının qabaqladığı 10 hücum cütlüyü:
1. Romelu Lukaku & Lautaro Martines - 33 qol
Lukaku - 19, Martines - 14 qol
2. Lionel Messi & Antuan Qrizmann - 31 qol
Messi - 23, Qrizmann - 8 qol
3. Kilian Mbappe & Moyze Kin - 31 qol
Mbappe - 20, Kin - 11 qol
4. Harri Keyn & Xın-Min Son - 30 qol
Keyn - 17, Son - 13 qol
5. Kriştianu Ronaldo & Alvaro Morata - 30 qol
Ronaldo – 23, Morata – 7 qol
6. Luis Suares & Markos Lyorente - 28 qol
Suares – 19, Lyorente – 9 qol
7. Erlinq Haland & Cedon Sanço - 27 qol
Haland – 21, Sanço – 6 qol
8. Luis Muriel & Duvan Zapata - 26 qol
Muriel – 16, Zapata – 10
9. Memfis Depay & Karl Toko Ekambi - 26 qol
Depay – 14, Ekambi – 12 qol
10. Kevin Volland & Vissam Ben Yedder - 26 qol
Volland – 13, Ben Yedder – 13
Apasport
0 Comments