Dünyanın önündə - “Reyncers” və “doqquzluq”

 Dünya futbolunda yeni rekord qeydə alınıb.

“Reyncers” ölkə tituluna ən çox yiyələnən komanda adını qazanıb.

Qlazqo təmsilçisi 55-ci dəfə Şotlandiya çempionu olub. Bununla da “Reyncers” “Linfild”lə şərikli göstəricisini öz lehinə çevirib.

Dünyanın daha iki klubu – “Penyarol”la “Seltik” 50-dən çox qızıl medalın sahibidir. “Reyncers”in izləyicisi olan “doqquzluq”da Avropa və Cənubi Amerikanın hərəsindən üç, Afrika, Asiya və KONKAKAF-dan bir klub yer alıb.

Ən çox çempion olan 10 komanda
1. “Reyncers” (Şotlandiya) - 55
2. “Linfild” (Şimali İrlandiya) – 54
3. “Penyarol” (Uruqvay) – 52
4. “Seltik” (Şotlandiya) – 51
5. “Nasyonal” (Uruqvay) – 47
6-7. “Olimpiya” (Paraqvay) – 45
“Olimpiakos” (Yunanıstan) - 45
8.  “Əl-Əhli” (Misir) – 42
9. “Sud Çina” (Honkonq) – 41
10. “Olimpiya” (Honduras) - 39

Apasport



Post a Comment

0 Comments