Çempionlar Liqasının ən məhsuldar gəncləri

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Sevilya” ilə cavab oyununda dubl edən Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland bu turnirdə ən gənc yaşda 20 qola çatan oyunçu rekordunu yeniləyib.

Norveçli forvard bu baxımdan PSJ-nin qol “silahı” Kilian Mbappeni geridə qoyub.

İlk “üçlüy”ü “Barselona”nın kapitanı Lionel Messi qapayır. Argentinalı superulduz 20 qola çatmaq üçün 22 yaşına qədər gözləməli olub. Ümumilikdə Leo 120 qol 41 assistlə ÇL tarixinin ən məhsuldar ikinci oyunçusudur.

Maraqlıdır ki, qitənin ən nüfuzlu klub turnirində aktivinə 134 top yazdıran Kriştianu Ronaldo bu siyahıda 10-cu pillədədir. Portuqaliyalı 20 qol səddinə çatmaq üçün 24 yaş 306 günlüyünə qədər mübarizə aparmalı olub.

1. Erlinq Haland: 20 il 231 gün
2. Kilian Mbappe: 21 il 355 gün
3. Lionel Messi: 22 il 266 gün
4. Raul Qonzales: 22 il 297 gün
5. Alessandro Del Pyero: 23 il 157 gün
6. Kərim Benzema: 23 il 282 gün
7. Ueyn Runi: 24 il 157 gün
8. Tomas Müller: 24 il 159 gün
9. Andrey Şevçenko: 24 il 165 gün
10. Kriştianu Ronaldo: 24 il 306 gün



Apasport

Post a Comment

0 Comments