Bir Ronaldoya dəyməyən “6-lıq”

Havaya sovrulan 304 milyon

 “Real”ın heyətində fantastik oyun sərgiləyən və vurduğu qollarla klubun bütün rekordlarını alt-üst edən Kriştianu Ronaldonun gedişi “kral klubu”na qol yollarında ciddi problem yaradıb.

 Madrid təmsilçisi 2019-cu ildə “Yuventus”a satdığı portuqaliyalı superulduzun boşluğunu doldurmaq üçün 6 ön xətt oyunçusu transfer edib.

Həmin oyunçuların keçidi müqabilində isə 304 milyon avroluq xərc çəkilib. Həmin forvardların “Real”dakı göstəricisinə göz gəzdirək.


Vinisius Junior – 12 qol

“Real”ın 45 milyon avroya heyətinə qatdığı gələcəyin ulduzu. Ancaq braziliyalı ümidləri hələ doğrultmur. O, 103 görüşdə cəmi 12 qolla yadda qalıb.


Mariano Diaz – 11 qol

Diaz 20 milyon avroluq transfer məbləğinin qarşılığını verə bilmir. 55 oyunda meydana çıxıb, rəqib qapılarına 11 dəfə yol tapıb.


Rodriqo – 8 qol

45 milyon avro müqabilində “kral klubu”na qoşulan daha bir “sambaçı”. Gənc vinger 47 görüşdə iştirak edib və komandasına cəmi 8 qolla kömək olub.


Eden Azar – 4 qol

Belçikalı Ronaldonu əvəzləməyə əsas namizəd kimi alınıb. Onun transferi üçün düz 115 milyon avro xərc çəkilib. Ancaq ulduz futbolçu iki ildə cəmi 4 qolla yadda qalıb. Azar zədələr səbəbindən ümumilikdə 36 matçda meydanda olub.


Brahim Diaz – 2 qol

“Real”ın 17 milyon avroya aldığı Diazın aktivində 2 qol var. İspaniyalı hazırda icarə əsasında “Milan”ın formasını geyinir.


Luka Yoviç – 2 qol

“Ayntraxt”dan 60 milyon avroya transfer edilən serbiyalı forvard 32 oyunda 2 dəfə toru silkələməyi bacarıb. Yenidən icarə əsasında yollandığı “Ayntraxt”da növbəti dəfə qolçuluq bacarığını nümayiş etdirir.

Apasport

Post a Comment

0 Comments