Tyerri Anri İngiltərə klubunun baş məşqçisi ola bilər

 Fransa millisinin sabiq futbolçusu Tyerri Anri İngiltərənin "Bornmut" klubunun baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir.

"Sky Sports" xəbər verir ki, Çempionşip təmsilçisi artıq 44 yaşlı mütəxəssislə danışıqlara start verib.

Təyinat baş tutsa, o, fevralın əvvəlində istefaya göndərilmiş Ceyson Tindelli əvəzləyəcək.

Qeyd edək ki, Tyerri Anri hazırda ABŞ-ın "Monreal" klubuna başçılıq edir.


REPORT.AZ

Post a Comment

0 Comments