İspaniya "Real Madrid"inin rəhbərliyi klubun imic haqlarının satışı ilə bağlı saxtakarlıqda ittiham olunur.

 "Football Leaks"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 2016-cı ildə internet üzərindən satış üçün ABŞ-ın "Providence" investisiya fondu ilə danışıqlara başlayıb.

Növbəti ildə tərəflər 200 milyon avro məbləğində 4 illik müqavilə bağlayıblar. Vəsait komandanın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunun qurulmasına xərclənməli idi.

Məlum olub ki, "kral klubu" sözləşməni fondun Kayman adalarında yerləşən iki törəmə şirkəti ilə imzalayıb. 2017-ci ilin əvvəlində qurulan şirkətlərin maliyyə 20 min avro olub. "Real Madrid" klubu İspaniyada vergidən yayınmaq üçün bu yola əl atıb.

İddiaya görə, rəhbərlik özü də bu əməliyyatın saxtakarlıq kimi qiymətləndirilə biləcəyini istisna etmirdi.

Report.az