Qvardiola futbolçusuna: "Əsas odur sənin xanımının xoşuna gəlim" - FOTO

 "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusunun üzünə xanımının xoşuna gəlməsinin vacibliyini deyib

Bu ötən ay baş verib. Pandemiya qadağaları ilə bağlı Böyük Britaniyada restoranlar işləmədiyindən, yanvarın 18-də Qvardiolanın 50 illik yubileyini təbrik etmək üçün futbolçular bir-bir ona yaxınlaşıb. Aleksandr Zinçenko da belələrindən olub. Ukraynalı futbolçu baş məşqçini öz üslubunda təbrik etmək həvəsinə düşüb. Əl uzadıb, "təbrik edirəm" deyib, ardınca da "50 yaş, qocalıq gəldi" sözlərini işlədib.

Özünü itirməyən Qvardiolanın cavabı qısa, amma tutarlı olub: "Aleks, əsas odur xanımının xoşuna gəlim, qalan şeylər düzələr". 

Bu barədə məlumatı Zinçenkonun həyat yoldaşı Vlada Sedan Ukraynanın "Вацко Live" "yutub" kanalına müsahibəsində deyib. Xanım ispan mütəxəssis haqda danışanda bu sözləri də işlədib: "Mən həmişə demişəm, Qvardiola yaraşıqlı kişidir".

Fotoda Pep Qvardiola Vlada Sedanladır.



Offsideplus.az

Post a Comment

0 Comments