PSJ Messi və Alabanı almaq istəyindən əl çəkmir

 PSJ futbol klubunun idman direktoru Leonardo müqavilələri yayda bitən bir sıra futbolçuları öz komandasına qatmaq istəyir.

ESPN xəbər verir ki:

“Parislilər”in hədəfləri arasında Lionel Messi (“Barselona”), Memfis Depay (“Lion”), Corcinyo Veynaldum (“Liverpul”), David Alaba (“Bavariya”) və Əlsəid Xüsay (“Napoli”) var.

PSJ həmçinin “Everton”a məxsus olan hücumçu Moize Kinin karyerasını fransız klubunda davam etdirməsini istəyir. Leonardo ingilislərdən oyunçunun satınalma şərtini ilə icarə müddətini uzatmağı xahiş edə bilər.

Eyni zamanda PSJ-nin prioriteti komandanın əsas oyunçularını qorumaq və onlarla müqavilələrin uzadılmasıdır. Bu cür oyunçuların siyahısına hücumçular Neymar və Kilian Mbappe, yarımmüdafiəçi Anxel Di Maria, müdafiəçi Xuan Bernat daxildir. Yarımmüdafiəçi Yulian Draxler ilə də müqaviləni uzatma ehtimalı var.

Report.az




Post a Comment

0 Comments