Messi "Barselona"da yeni rekordlara imza atdı

 İspaniya "Barselona"sının futbolçusu Lionel Messi klubda La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb.

"Kadis"lə XXIV tur matçında meydana çıxan argentinalı hücumçu 506-cı oyununu keçirib. Messi bu göstəricidə Xavini 1 oyun geridə qoyub. 34 yaşlı forvardın İspaniya çempionatında ilk görüşü 2004-cü ilin oktyabrında “Union Espanyol”a qarşı olub.

Təcrübəli oyunçu bundan əvvəl Çempionlar Liqasında (ÇL) da yeni nailiyyətə imza atıb. Hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. O, 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

Qeyd edək ki, "Barselona" - "Kadis" qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 32-ci dəqiqədə penalti zərbəsi ilə Lionel Messi açıb. Beləliklə, o, La Liqada 73-cü qolunu vuraraq, Kriştianu Ronalduya məxsus 72 top rekordunu geridə qoyub. 89-cu dəqiqədə isə Aleks Fernandes penalti ilə bərabərliyi təmin edib.

"Barselona" bu nəticədən sonra 7 oyunluq qələbə seriyasına son qoyub. Hazırda bu komandası 47 xalla 3-cü yerdə gedir. "Kadis" isə 25 xalla 14-cüdür.

Report.az 



Post a Comment

0 Comments