Londonun "Emireyts" stadionunda “Arsenal”la “Mançester Siti” arasında İngiltərə Premyer Liqasının 25-ci turunun matçı keçirilib.
Görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol 2-ci dəqiqədə vurulub – Rahim Sterlinq fərqlənib.
"Mançester Siti" bununla İngiltərə Premyer Liqasında 13-cü ardıcıl qələbəsini qazanıb. Komanda bununla həm də müxtəlif turnirlərdə 18-ci ardıcıl qələbəyə imza atıb.
Report.az
0 Comments