"İnter" "Milan"ı darmadağın etdi

 Futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "Milan" və "İnter" komandaları arasında keçirilib.

"Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma nominal qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

İlk 2 qolu 5-ci və 57-ci dəqiqələrdə Lautaro Martines vurub. Son nöqtəni isə 66-cı dəqiqədə Romelu Lukaku qoyub.

Bu nəticədən sonra xalını 53-ə çatdıran "İnter" liderliyini möhkəmlədib və ən yaxın izləyicisi "Milan"ı 4 xal geridə qoyub.

Report.az



Post a Comment

0 Comments