“Formula-1” üzrə dünya çempionatında yenilik tətbiq oluna bilər.

Apasport.az saytının məlumatına görə, bunu “Formula-1”in icraçı direktoru Stefano Domenikali açıqlayıb.

O bildirib ki, yarış çərçivəsində sprint yürüşlərinin təşkili planlaşdırılır: “Biz sprintin şənbə günləri keçirilməsini araşdırırıq. Artıq yeniliyin bu il sınaqdan keçirilməsi barədə də düşünürük. Artıq komandalarla müzakirələr aparılır. Düşünürəm ki, belə format mümkündür. Bu, maraqlı ola biləcək yeganə yenilikdir”.