"Manchester City" dən asan qələbə.


Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" klubları qarşılaşıblar. Pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyunda "şəhərlilər" 2:0 hesablı qələbə qazanıb. Qolları 29-cu dəqiqədə Bernardu Silva və 65-ci dəqiqədə Qabriel Jezus vurub. Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.