Barcelona 3 - 0 Elche Video

İspaniya La Liqasında I turdan təxirə salınmış oyun keçirilib. "Barselona" evdə "Elçe" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Kataloniya təmsilçisinin heyətində qolları 48 və 68-ci dəqiqələrdə Lionel Messi, 73-cü dəqiqədə Jordi Alba vurub. Qeyd edək ki, bu nəticədən sonra xallarını 50-yə çatdıran "Barselona" 3-cü pilləyə yüksəlib. "Elçe" isə 21 xalla 19-cu sırada qalıb.

Report.az 
 

Post a Comment

0 Comments