Tennis üzrə "Australian Open"də kişilərin fərdi mübarizəsinin qalibi müəyyənləşib.

Bu, serbiyalı Novak Cokoviçdir. 33 yaşlı raketka ustası finalda rusiyalı Daniil Medvedevə 3 setdə qalib gəlib - 7:5, 6:2, 6:2.

Beləliklə, Cokoviç karyerasında 18-ci dəfə Böyük Dəbilqə seriyalı turnirlərin qalibi olub. Bunların yarısı və ardıcıl üçüncüsü "Australian Open"ə təsadüf edib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 61 milyon dollar təşkil edib. Qadınların fərdi mübarizəsində qalib adını yaponiyalı Naomi Osaka qazanıb.

Report.az